Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları Heydər Əliyev sarayında “Broadway Story” tamaşasının premyerasında oldular
SDU əməkdaşları Heydər Əliyev sarayında “Broadway Story” tamaşasının premyerasında oldular
Sentyabrın 22-də Bakıda Heydər Əliyev Sarayında ABŞ–ın Bakıdakı səfirliyinin dəstəyi ilə “Broadway Story” tamaşasının premyerası oldu.
Tamaşaya Sumqayıt Dövlət Universitetinin nümayəndələri də dəvət edilmişdir. 
Qeyd edək ki, “Broadway Story” tamaşası yerli, həm də Amerikadan dəvət olunmuş xoreoqrafların quruluşunda hazırlanıb.
Tamaşadan öncə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil bildirib ki, bu axşam Heydər Əliyev Sarayının səhnəsində Nyu-York ab-havası yaşanacaq. Diplomat qeyd edib ki, “Broadway Story” Manhattan küçəsində 41 peşəkar kollektivə verilmiş ümumi addır. Amerikanin incəsənət forması olan bu tamaşa rəqs və musiqidən ibarət olan müzikldir. “Mənim üçün xoşdur ki, “Broadway Story” ABŞ-ın zəngin teatr fəlsəfəsini azərbaycanlı tamaşaçılarla bölüşəcək” - deyə, Uilyam Gil əlavə edib.
Sonra tamaşa təqdim olunub. Maraqlı süjet xətti ilə seçilən tamaşa faciə ilə üzləşən iki gəncin hekayəsindən bəhs edirdi. Onlar yaşadıqlarını unutmaq üçün Nyu-Yorka gəlir və həyatlarını burada davam etdirirlər. Səhnə əsərində həyəcan, macəra və sevgi ön plana çəkilir.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az