Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Aviasiya Texniki Universitetinin nümayəndələri SDU-da oldular
Ufa Dövlət Aviasiya Texniki Universitetinin nümayəndələri SDU-da oldular
Sentyabrın 15-də  SDU-nun Mühəndislik fakültəsinin tədris və elm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Ufa Dövlət Aviasiya Texniki Universitetinin  (UDATU) İnformatika və robottexnika fakültəsinin dekanı professor Nafisa Yusubova, Rusiya Federasiyasının Əməkdar elm xadimi, professor Vladimir Vasiliyev, dosent Konstantin Mironov Sumqayıt Dövlət Universitetində oldular. 
Səfər çərçivəsində Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev,  Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Metrologiya və standartlaşdırma kafedrasının müdiri dosent Qurban Abdullayev, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynov, İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mansurov qonaqlarla görüşdülər.
Görüşdə SDU-nun Mühəndislik və UDATU-nun İnformatika və robottexnika  fakültəsində fəaliyyət göstərən kafedralar, fənlər və tədris olunan ixtisaslar haqqında məlumatlar verildi. Rusiya Federasiyası və Azərbaycan Respublikasında keçirilən beynəlxalq elmi konfransların təşkil edilməsi və orada alimlərin iştirakının vacibliyi vurğulandı.  Fikir mübadiləsi zamanı universitetlər arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu. 
Sonra qonaqlar Mühəndislik fakültəsinin mühazirə auditoriyaları, laboratoriyalardakı əyani vasitələri və avadanlıqları ilə yaxından tanış oldular. Qonaqlar SDU-nun tədris binalarının, auditoriyalarının və istifadə olunan tədris vəsaitlərinin beynəlxalq standartlara cavab verdiyini bildirdilər.
 
 
   

 Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az