Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yeni tədris ilində Elmi şuranın ilk iclası keçirildi
Yeni tədris ilində Elmi şuranın ilk iclası keçirildi
Sentyabrın 14-də Sumqayıt Dövlət Universitetində 2018-2019-cu tədris ilində Elmi Şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibəti ilə şura üzvlərini təbrik etdi, yeni tədris ilində uğurlar arzuladı, gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırdı.
Gündəlikdə olan məsələləri müzakirə etməzdən öncə rektor professor Elxan Hüseynov 13.09.2018 ci il tarixdə Təhsil Nazirliyində keçirilən kollegiya iclası haqqında ətraflı məlumat verdi.Qeyd olundu ki, Təhsil naziri cənab Ceyhun Bayramov kollegiya iclasında Balonya təhsil sisteminin xarakterik əlamətlərinin diqqət mərkəzində saxlanılmasını və bu sistemin bütün qaydaları ilə tələbələrin məlumatlandırılmasını tövsiyə etdi. 
Sonra rektor professor Elxan Hüseynov kollegiya iclasında müzakirə olunan 2018-2019-cu tədris ilində tələbə qəbulunun nəticələri, Ali təhsil müəssisələri üçün əsasnamələrdə edilən dəyişikliklər və digər məsəslələr barədə ətrafli məlumat verdi və kollegiya iclasının tam elektron versiyasinin dinlənməsini Elmi Şura üzvlərinə tövsiyə etdi.
Sonra gündəliyində olan məsələlər müzakirə olundu.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2018–2019-cu tədris ili üçün Sumqayıt Dövlət Universitetinə bakalavriat səviyyəsi üzrə, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov magistratura səviyyəsinə qəbulun nəticələri barədə və yeni dərs ilində qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdilər. 
Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent  Mətanət Piriquliyeva 2018–2019-cu tədris ili üçün qəbulun nəticələri  və kollecdə görülən işlər barədə hesabat verdi. 
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov kredit sistemi üzrə təhsil alan tələbələrin yay məktəbinin nəticələri barədə ətraflı məlumat verdi.
Qeyd olundu ki, bakalavirat səviyyəsində universitetdə tələbə qəbulu və magistratura səviyyəsində SDU-ya magistrant qəbulu qənaətbəxş səviyyədədir, eyni zamanda SDU-nun nəzdində SDTK-ya tələbə qəbulu proqnozlaşdırılmış normaya uyğun olaraq 99% təşkil etmişdir.
Sonra cari məsələlər müzakirə olundu. Elmi katib professor Muxtar Səmədov Elmi Şuraya daxil olan tədris planları, proqram sillabuslar haqqında məlumat verdi. Aparılan müzakirələrdən sonra Elmi Şuraya təqdim olunan tədris vasitələri təsdiq olundu.
Sonda rektor professor Elxan Hüseynov Bilik Günü və yeni dərs ilinin başlanması münasibəti ilə Elmi Şuranın üzvlərini təbrik etdi və 15 sentyabr – Bilik Gününü bayram əhval ruhiyəsi ilə keçirməyi arzu etdi.
Şurada müzakirə edilən bütün məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Bununla da, yeni tədris ilində Elmi Şuranın ilk iclası başa çatdı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az