Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “FullBright”layihəsi çərçivəsində Amerika Mərkəzində görüş keçirildi
“FullBright”layihəsi çərçivəsində Amerika Mərkəzində görüş keçirildi
Sentyabrın 10-da “Fulbright” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində görüş  keçirildi. Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  t.f.d. Samirə Məmmədova, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Əcnəbi tələbələr şöbəsinin müdiri Südabə Məmmədova və Azərbaycan dili və onun  tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak etdilər. 
Görüşdə layihədə yer alan bütün ali təhsil müəssisələrinin, Amerika səfirliyinin, eləcə də proqram üzrə xarici nümayəndələrin iştirakı ilə əlaqələr quruldu, fikir mübadiləsi aparıldı. Görüşün əsas məqsədi Amerika Mərkəzinin tanıtımı və layihə iştirakçıları arasında əlaqələrin gücləndirilməsindən ibarət idi.  
Qeyd edək ki, bu il təhsil müəssisələrindən Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Pişəvəri adına Humanitar İxtisaslı Gimnaziya və Fizika, Riyaziyyat və İnformatika elmləri liseyi layihədə iştirak edəcəklər. 
Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universiteti bu layihədə artıq üçüncü ildir, iştirak edir. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az