Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirildi
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirildi
İyulun 18-də Winter Park Hoteldə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun Mühasibat uçotu və audit ixtisası üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” layihəsi çərçivəsində  dəyirmi masa  keçirildi. 
Tədbiri giriş sözü ilə açan birliyin sədri  Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid təhsil proqramının ilkin versiyasının  hazırlanması və mühasibat uçotu tədrisi ilə əlaqədar problemlərin aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir. 
Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında Maliyyə-Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış etdilər. Mövzu ətrafında müzakirələr aparıldı. Müzakirə zamanı yeni dərsliklərin hazırlanması, mühasibat uçotu üzrə yeni təhsil proqramının dəyişilmiş qanunvericiliyə uyğun hazırlanması, universitetlərdə mühasibatlıq üzrə proqram təminatı dərslərinin laboratoriya şəraitində keçirilməsi, universitet müəllimlərinin təlimlərə cəlb olunması, işəgötürənlərlə universitetlər arasında sıx əlaqələrin qurulması, universitetlərdə təcrübə saatlarının səmərəli və effektiv keçirilməsi, təcrübə keçmiş tələbələrin qiymətləndirmə meyarlarının dəqiqləşdirilməsi və bir sıra digər təkliflər irəli sürüldü.
O da qeyd olundu ki, ali təhsil pilləsində Mühasibat uçotu və audit ixtisası  üzrə hazırlanmış təhsil proqramının ilkin versiyası təkliflər nəzərə alınmaqla daha da təkmilləşdirilərək, ilk öncə, ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, daha sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaqdır.
 
 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az