Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Respublika çempionatında idmançı tələblərimiz qalib oldular
Respublika çempionatında idmançı tələblərimiz qalib oldular

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı keçirildi.
Çempionatın təqvim planına idmanın 6 növü daxil edildi, o cümlədən şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton üzrə qızlar və oğlanlar arasında yarışlar təşkil olundu.
Qeyd edək ki, çempionata daxil olan cüdo idman növü üzrə yarışda universitetimizin Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Vüsal Həsənov I yerə, yunan-Roma idman növü üzrə  71 kq çəki dərəcəsində Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Qafqaz Qurbanov I yerə, yunan-Roma idman növü üzrə  97 kq çəki dərəcəsində Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Bəhruz Haziyev I yerə layiq görüldülər.
Stolüstü tennis üzrə SDU-nun komandası 12 ali məktəb arasında IV yeri tutdu.
İyunun 6-da universitetin rektoru professor Elxan Hüseynov ali təhsil müəssisələri arasında keçirilən yarışlarda yer tutan idmançı tələbələrimizi təbrik etdi, onlara gələcəkdə daha böyük uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizin iqtisadi qüdrətinin artması idman sahəsinə də öz müsbət təsirini göstərir. Müstəqil respublikamızda bütün sahələrdə olduğu kimi, idmanın inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idmanın inkişafına da daim xüsusi diqqət yetirmiş, bu sahədə yüksəlişin əsasını qoymuşdu. Ümummilli lider Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Çox sevindirici haldır ki, paytaxtımızda, eləcə də regionlarda idman sahəsinə böyük maraq var.  Bir çox olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir.İnanıram ki,  Azərbaycan idmançıları dövlət başçımızın onlara göstərdiyi diqqət və qayğıya görə idmanda qazandıqları uğurlarla cavab verərək üçrəngli bayrağımızı başlar üstə qaldıracaq.
Sonra rektor qalib tələbələrimizi mükafatlandırdı.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az