Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin nümayəndələri Finlandiyanın Yuvəskülə Universitetində təlimlərdə iştirak etdilər
Universitetimizin nümayəndələri Finlandiyanın Yuvəskülə Universitetində təlimlərdə iştirak etdilər
Mayın 28-dən iyunun 1-dək Finlandiyanın Yuveskule Universitetində ERASMUS+PETRA layihəsi çərçivəsində təlimlər keçirildi. Təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bir çox ali məktəblərin nümayəndələri  iştirak etdilər. Sumqayıt Dövlət Universitetini Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova təmsil etdilər.
Təlimlə yanaşı layihənin menecerlərinin iştirakı ilə layihənin idarə olunması görüşü keçirildi. Bu görüşdə 1-5 iş planı müzakirə edilmişdir. 1-5 iş planına aiddir: hazırlıq, inkişaf etdirilmə, təşviqat, idarəetmə. Görüşdə layihənin fəaliyyət planı müzakirə olundu. Keçiriləcək növbəti görüş təyin edildi, semestr boyunca universitetlərin tələbə-müəllim heyətinə keçiriləcək təlimlərin sayı müəyyən edildi.
Təlim zamanı Türkiyənin Qazi Universiteti tərəfindən layihə çərçivəsində hazırlanmış qiymətləndirmə sorğusu təqdimat şəkilində, eyni zamanda çap versiyada iştirakçılara təqdim edildi, bu istiqamətdə müzakirələr aparıldı. 
Təlimin növbəti günü layihə çərçivəsində Azərbaycan universitetlərində Təlim və öyrənmə Mərkəzlərinin yaradılması və mərkəzin strategiyası, koordinatorunun təyin edilməsi müzakirə olundu. Mərkəz universitetin tələbə-müəllim heytətinə təlimlərin keçilməsinə məsul olacaqdır. Təlim mərkəzinin universitetin veb səhifəsində paneldə ayrıca bölmədə yerləşdirilməsi fikri səsləndirildi. Həmin səhifədə keçiləcək təlimlər və təlimçi haqqında məlumatlar öz əksini tapacaqdır. Daha sonra Yuveskule Universitetinin kitabxanasına səfər təşkil edildi. Elektron kitabxana sistemi ilə fəaliyyət göstərən kitabxana, ən son model texnologiya ilə təchiz olunmuşdur. Dərslərin moodle plan (mudl plan) üzrə keçirilməsi olduqca  maraqlı, o cümlədən bütün Avropada yayılmış distant təhsilin inkişafı baxımından heyranedici idi. Kitabxanaya səfər onu göstərdi ki, Yuveskule Universiteti elektron universitetdir, e-learning metodu, yəni internet üzərindən öyrənmə çox inkişaf etmişdir.
Məlumat üçün bildirək ki, Yuveskule Universiteti həcminə görə Helsinki Universiteti və Turku Universitetindən sonra Finlandiyanın 3-cü ən iri təhsil ocağıdır. 2013-cü ildə reytinqli universitetlər siyahısı olan Britanıyaya məxsus QS  sistemində 299-cu yerdə olmuşdur. Universitet dövlət statusludur, 1934-cü ildə yaradılmışdır, tələbə mübadiləsinə üstünlük verir, universitetin 7 fakültəsi,1500 tələbəsi vardır. Burada 350 ölkədən əcnəbi tələbə təhsil alır.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az