Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdən başlayan karyera
Universitetdən başlayan karyera
Karyera mərkəzinin təşkilatçılığı ilə “Universitetdən başlayan karyera” adlı təlim keçirildi.
Təlimi Karyera mərkəzinin müdiri Zahid Bünyadov açaraq  universitetdə Karyera mərkəzinin yaradılmasında əsas məqsədin tələbələrə müxtəlif profilli ixtisaslar üzrə təlimlərin keçirilməsi, istehsalat təcrübələrinin və əmək yarmarkalarının təşkili ilə onları iş həyatına hazırlamaqdan ibarət olduğunu bildirdi.Bu məqsədlə “Universitetdən başlayan karyera” adlı təlimin keçirilməsi çox böyük önəm kəsb edir. Məqsədimiz məzun tələbələrimizi ölkənin iş bazarındakı imkanlarla yaxından tanış etmək, onlarda inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır. Təbii ki, bu barədə universitetimizin məzunu Nurlan Səmədlitələbəlik illərində qazandığı təcrübələrini sizinlə bölüşəcək.Qeyd edim ki, Nurlan Səmədli universitetimizin Filologiya fakültəsinin məzunu, Panda School layihəsinin tərtibatçısı, 2014-2016-cı illər üzrə İcraçı direktoru, 2016-cı ildə AAAF Park satış mütəxəssisi, 2016-2017-ci illərdə REDUCO Şəmkir filialının direktoru, 2017-2018-ci illərdə Araz Marketlər Şəbəkəsində mağaza müdiri işləmişdir. 2018-ci ildən  SUMM GROUP Şirkətinin qurucusu və Delta Kabel Market şirkətinin satış və marketinq direktoru vəzifəsində çalışır. Nurlan Səmədli  ASAN Xidmətdə qazandığı uğurun nəticəsində 2017-ci ildə Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə fəal ASAN Könüllüsü mükafatına layiq görülmüşdür.
Nurlan Səmədli doğma Sumqayıt Dövlət Universitetində təlimin baş tutmasına görə rəhbərliyə dərin təşəkkürünü bildirdi. Çıxışında tələbəlik illərində çətinliklə qazandığı uğurlardan bəhs etdi. Üzünü tələbələrə tutaraq qeyd etdi:“İlk növbədə hədəfə çatmaq üçün məqsəd olmalıdır. Artıq peşəkar karyeranızın gələcəyini bugündən düşünün.  Onu da qeyd edim ki, diplomun olması iş, məşğulluq və karyera qarantiyası deyil. Bəli, ali təhsil vacibdir  və hər bir insanın həyatında həlledici hissədir.  Ancaq “ali təhsil” sözləri tamamilə nisbi anlayışdır. Diplomu olan hər kəs haqqında savadlı və biliklidir demək olmaz. Oxuduğunuz zamanı boşuna itirməyin. Təcrübə keçmək üçün müxtəlif şirkətlərə müraciət edin. Bütün bu təcrübə və praktiki biliklər sizin iş həyatınızda ən vacib sərmayələrdən biri olan insanlarla da tanış olmağınızdır. Universiteti bitirdikdən sonra iş axtararkən müraciət edəcəyiniz müəssisələr artıq sizi təcrübəli kadr kimi işlə təmin edəcək,  bu da sizin uğurlu karyeranızın başlanğıcı olacaq”. 
Tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırıldı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az