Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | IV-XI sinif şagirdləri arasında Riyaziyyat üzrə fənn olimpiadası keçirildi
IV-XI sinif şagirdləri arasında Riyaziyyat üzrə fənn olimpiadası keçirildi
Bilik və biliyə əsaslanan təcrübə insanın həyatı boyu qazanacağı ən böyük sərvətidir. Biliyə aparan enişli-yoxuşlu yolu zəhmətkeş, əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı bacaranlar qət edə bilir. Qazanılan qələbə onu qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi qalacaq və onları daha böyük qələbələrə sövq edəcəkdir.
Sumqayıt Dövlət Universitetində fənn olimpiadaları keçirmək artıq ənənə halını alıb. Aprelin 29-da Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bu günün şagirdi sabahın alimidir” devizi altında Sumqayıt şəhər məktəblərinin IV-XI sinif şagirdləri arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi. Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə gerçəkləşdi.
Qeyd edək ki, olimpiadada  Sumqayıt şəhərində fəaliyyət göstərən 37 tam orta məktəbdən  600 şagird iştirak etdi. Olimpiadanın nəticələri bu həftə açıqlanacaq, qaliblər mükafatlandırılacaqlar.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az