Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bu günün şagirdi, sabahın alimidir” devizi altında Kimya və biologiya fənləri üzrə fənn olimpiadası keçirildi
“Bu günün şagirdi, sabahın alimidir” devizi altında Kimya və biologiya fənləri üzrə fənn olimpiadası keçirildi
Aprelin 28-də  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bu günün şagirdi sabahın alimidir” devizi altında Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə fənn olimpiadası keçirildi. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin kimya və biologiya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə köməklik göstərməkdir.
Qeyd edək ki, olimpiadada ümumilikdə 124 şagird iştirak etdi. Onlardan kimya fənni üzrə 9-cu siniflərdən  17, 10-cu sinif lərdən35, 11-ci siniflərdən  20 şagird, Biologiya fənni üzrə 9-cu siniflərdən 26, 10-cu siniflərdən 13, 11-ci siniflərdən 13 şagird iştirak etdilər. Olimpiadada iştirak edən şagirdlər arasında hər sinif və fənn üzrə 1, 2 və 3-cü yeri tutan şagirdlərə SDU-nun fəxri fərmanının veriləcək. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az