Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimimiz “İxtiraçılıq sahəsində V Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunmuş konfransda mükafata layiq görüldü
Alimimiz “İxtiraçılıq sahəsində V Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunmuş konfransda mükafata layiq görüldü
Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə  Azərbaycanın Patent və əmtəə nişanları mərkəzinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində V Respublika Müsabiqəsi” qaliblərinin təltif olunmasına həsr olunmuş konfrans keçirildi.
Konfransda universitetimizin əməkdaşlarından kimya və onun tədrisi metodikası kafedrasının professoru Muxtar Səmədov və Elektromexanika kafedarsının dosenti Aslan Əhmədov iştirak etdilər. Professor  Muxtar Səmədov “Dənəvər superfosfatın alınması üsulu” ixtirasına görə həvəsləndirici mükafata layiq görüldü. O, bu sevinci bizimlə bölüşərək qeyd etdi ki, ölkəmizdə elm və texnologiyaların inkişafına dəstək, bu sahədə fəaliyyət göstərən alimlərin işinin stimullaşdırılması istiqamətində artıq beşinci dəfə keçirilir. Cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, tətbiqi mümkün sayılan innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması və Azərbaycanda elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi üçün mühüm amildir. 
Muxtar Səmədov onu da qeyd etdi ki, universitetimizdə yaradılan şərait, eləcə də rektor professor Elxan Hüseynovun ədalətli, obyektiv, prinsipal  və xeyirxah mövqeyi əməkdaşlarımızın daha səmərəli və məhsuldar fəaliyyət göstərmələrini şərtləndirir. Bunun nəticəsidir ki, professor-müəllim heyəti tərəfindən yüksəkindeksli jurnallarda dərc etdirilən məqalələrin sayı xeyli artmışdır. Son zamanlar universitetdə Müdafiə şurasının yaradılması ümumiyyətlə SDU-nun tarixində əlamətdar hadisə oldu. Rektor professor Elxan Hüseynovun doktorantlarla görüşündən sonra universitetin bütün doktorantları daha səylə fəaliyyətə başladılar, hətta 10 il bundan  öncə doktorant olanlar da fəlsəfə doktorluğu dissertasiyaları üzərində ciddi işləməyə başladılar. Bir sözlə, SDU-da elmi - tədqiqat işlərinin daha böyük miqyasda aparılmasına geniş imkanlar yaradılıb. Həmçinin bu ali təhsil müəssisəsində elmin tərəqqisi üçün patent sahəsinin inkişafı da diqqət mərkəzindədir.
 
 
 Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az