Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransında iştirak etdilər
Yerləşdirilmə tarixi : 23 Aprel 2018 11:50
Əməkdaşlarımız Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransında iştirak etdilər

 Aprelin 20-də Azərbaycan Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı keçirildi. Konfransda bir sıra ali təhsil müəssisələrinin magistrant, doktorant, dissertantları və müəllimləri iştirak etdilər. Sumqayıt Dövlət Universitetindən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimləri: Aybəniz Məmmədova “Müasir müəllim hazırlığı və pedaqoji təcrübə”, Elnarə Əhmədova “Qubadlının Dəmirçilər toponiminin tarixinə bir baxış”, Lalə Həmzəyeva “Elmi dərketmədə anlayış və termin”; müəllimlər: Dilarə Quliyeva “Cümlə və söyləm”, Şeyda Quliyeva “Azərbaycan tapmacalarının poetikası haqqında”; baş laborant Mətanət Ağasıyeva “Qantəmirin nəsr əsərlərində dil məsələsi”; doktorant Mahirə Rahtari “ Azərbaycan dilində samitlərin təsnifatı tarixindən”, o cümlədən Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayev “Azərbaycan rusdilli yazıçılarının əsərlərində milli dəyərlər və ənənələr”; Folklorşünaslıq laboratoriyasının əməkdaşı Balakişi İsgəndərov “Məmməd Aslanın təbiət şeirlərində istifadə etdiyi obrazlar” mövzularında məruzələrlə çıxış edərək sertifikatlara layiq görüldülər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az