Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın ilk mərhələsi keçirildi
SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın ilk mərhələsi keçirildi
Aprelin 21-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblilərinin  IX-XI sinif şagirdləri üçün  ilk dəfə olaraq (ingilis, rus, alman) fənni üzrə “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın I mərhələsi keçirildi. 
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması və  universitet-məktəblər arasındakı əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində təşkil olunan  fənn olimpiadalarında  iştirakçılarının sayı ildən - ilə çoxalır, əlaqələr uğurla inkişaf edir. Bu da şagirdlərin hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət edir.  Qeyd edək ki, universitetimizdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası  2 (iki) mərhələdən ibarətdir. I mərhələ - şifahi mətnini oxuyub başa düşülməsi (reading) və leksik – qrammatik test blokları, II mərhələ - dinləmə (listening) və yazı (writing) blokları. 
Bilik yarışında Azərbaycan və rus bölməsindən 240 şagird biliklərini sınadılar. 
Olimpiadanın qalibləri  Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyəri ilə təltif olunacaqlar.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az