Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təlim və tədris strategiyasının təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi
Təlim və tədris strategiyasının təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi

Aprelin 12-də Xəzər Universitetində PETRA Erasmus+ layihəsi çərçivəsində “Təlim və tədris strategiyasının təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi.  Azərbaycan Universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi layihəsi çəçivəsində keçirilən görüşdə iştirakçılar təlim və tədris strategiyası üzrə təqdimatlar etdilər və təqdimatlar əsasında müzakirələr keçirildi. 7 ali təhsil müəssisəsindən və Təhsil Nazirliyindən olan nümayəndələr layihə çərçivəsində nəzərdə tutulan planlar və ali təhsil müəssisələrində bu layihənin icrasından irəli gələn çətinlikləri də müzakirə etdilər. Qeyd edək ki, SDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Kərimova iştirak etdilər. Tədbirdə layihə çərçivəsində yaradılacaq təlim və tədris mərkəzinin strategiyası haqqında Samirə Məmmədova təqdimatla çıxış etdi. 

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az