Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın növbəti iclası keçirildi
Elmi şuranın növbəti iclası keçirildi
Aprelin 4-də Elmi Şuranın növbəti iclası keçirildi.  İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov şura üzvlərini salamladı və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  
Qiyabi təhsil alan tələbələrin dövlət imtahanlarının nəticələri barədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev məlumat verərək imtahanların bütün fakültələrdə uğurla aparıldığını qeyd etdi və Elmi Şuranın qərarı ilə imtahanların nəticələri qənaətbəxş hesab edildi.
Sonra Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə hazırlanmış statistikasına əsasən Sumqayıt Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə mütəxəssislərin hazırlığının vəziyyəti və bu sahədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi haqqında Elmi katib professor Muxtar Səmədov ətraflı məlumat verdi. Qeyd olundu ki, rektor professor Elxan Hüseynov 23.02.2018–ci il tarixli, R-15/1 saylı əmri ilə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Riyaziyyat və informatika, Fizika, Kimya, Biologiya, Kimya və biologiya, Tarix, Tarix və coğrafiya, Coğrafiya və ibtidai sinif müəllimliyi ixtisaslarında təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və tədris prosesində  Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş müsabiqə şərtlərinə uyğun tələbələrin daha da ciddi hazırlaşmalarının təmin olunması qarşıya bir vəzifə kimi qoyulmuşdur. Rektor professor Elxan Hüseynovun təklifi ilə məsələnin aktuallığını nəzərə alaraq, aparılan tədbirlərin səmərəliliyinin yüksəldilməsi və məsələnin daim diqqət mərkəzində saxlanılması üçün dörd nəfərdən ibarət koordinasiya qrupu yaradıldı. Eyni zamanda müəllim ixtisasları ilə yanaşı, mühəndis, iqtisadiyyat və digər ixtisaslar üzrə kadr hazırlığında universitetdə toplanmış təcrübəni, SDU- ilə Azərikimya İB arasında əməkdaşlıq barədə imzalanmış müqavilələrin həyata keçirilməsinin vəziyyətini və davamlı inkişafın perspektivləri barədə  Elmi Şuranın növbəti iclaslarının birində müzakirə edilməsi qərara alındı.
SDU- da elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş doktorant və dissertantların doktorluq dissertasiya işlərinin mövzusu  və elmi məsləhətçilər təsdiq olundu.  Qeyd olundu ki, elmlər doktoru proqramı üzrə 2017-ci ildə 7 nəfər, 2018-ci ildə 7 nəfər doktoranturaya qəbul olunmuşlar. Ümumiyyətlə, rektor professor Elxan Hüseynovun təşəbbüsü və səyi nəticəsində SDU-nun tarixində bir çox yeniliklər yaradılıb, onlardan biri də universitetdə Dissertasiya Şurasının yaradılmasıdır.  2017-ci ildə rektor professor Elxan Hüseynovun doktorantlarla keçirdiyi müşavirə bu sahədə sanki bir möcüzə yaratdı, illərlə fəlsəfə doktorluğu dissertasiaylarını tamamlamayan doktorantlar çox ciddi fəallaşaraq böyük səy göstərirlər. Ona görə də son bir neçə ildə fəlsəfə doktorluğu dissertasiyalarını müdafiə edən, müdafiəyə təqdim edən və ilkin müzakirədən keçən doktorantlarımızın sayı xeyli artmışdır.
Cari məsələlərini müzakirəsi ilə Elmi Şura davam etdi. Rektor əməkdaşlara müvafiq tapşırıqlar üzrə tövsiyələrini verdi. İclasın sonunda səsləndirilən təkliflər şura üzvləri tərəfindən yekdilliklə qəbul olundu.
 
 
  

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az