SDU-da ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. Ümummilli lider Heydər Əliyev bütün sahələrə olduğu kimi, Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün qayğısını əsirgəməmişdir.Respublikaya rəhbərlik fəaliyyəti dövründə Ulu öndər musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınmasıüçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bir sözlə, ümummilli lider Heydər Əliyev daima Azərbaycan mədəniyyətinin himayədarı olmuşdur. Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi, milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə göstərilən qayğı müstəqil Azərbaycanın mədəni həyatında əsaslı yüksəlişə səbəb oldu. Hal-hazırda Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında Prezident cənab İlham Əliyevin, imzaladığı fərman və sərəncamlar bu işə güclü stimul yaradıb. Bu gün mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi geniş vüsət alır. Bu yüksəlişi hamı duyur, alqışlayır və dəstəkləyir. Qeyd edək ki, Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri əvəzsizdir.
Aprelin 3-də universitetimizdə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ali, orta və ilk peşə ixtisas təhsilli müəssisələrin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi. Məqsəd gənclərimizə milli vətənpərvərlik ruhu, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət hisləri aşılamaqdır. Onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Festivalın baxış müsabiqəsində tələbə-gənclərimizin peşəkar səviyyədə ifa etdikləri rəngarəng şeir və musiqi nömrələri dəyərli münsiflər heyəti tərəfindən alqışla qarşılandı. İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova, Əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu, bəstəkar Nailə Mirməmmədli, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov, Milli Konservatoriyanın müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
Mətbuat xidməti