SDU-da Keyfiyyətə nəzarət və Qiymətləndirmə Mərkəzinin yaradılması və inkişafı ERASMUS +layihəsi çərşivəsində tələbələr arasında sorğu keçirildi
Sumqayıt Dövlət Universiteti Avropa Komissiyası tərəfindən bu il qalib olmuş beynəlxalq ERASMUS+layihəsinin tərəfdaşı qismində çıxış edir. Layihənin xarici partnyorları Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universitetidir. SDU-nun Bakı Biznes Universiteti ilə tərəfdaşlıq etdiyi bu nüfuzlu layihə Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafını nəzərdə tutur. Sözügedən ERASMUS+ layihəsi cərcivəsində imzalanmış müqavilənin əsas məqsədi Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafıdır.
Layihənin uğurla həyata keçirilməsi üçün Sumqayıt Dövlət Universitetinin Humanitar işlər üzrə prorektoru dosent Ramiz Huseynovun rəhbərliyi ilə və layihə heyətinin üzvləri, Menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, baş mühasibin müavini Rəvan Rzayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və Keyfiyyətə Nəzarət və Qiymətləndirmə bölməsinin əməkdaşı Sədaqət Fətullayevanın nəzarəti ilə aprelin 2-də Sumqayıt Dövlət Universitetinin tələbə heyəti arasında sosioloji sorğu keçirildi. Qeyd etmək lazımdır ki, sorğu layihənin iş planına əsasən aparıldı.
43 sualdan ibarət sorğuya universitetin 7 fakültəsindən, təhsilin bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan magistrant və doktarantlar cəlb olundu. Sorğu hər bir fakültənin kompüterlərlə təchiz olunmuş auditoriyalarında layihənin heyət üzvlərinin müşayiəti ilə keçirildi. Sorğuda tələbələrin iştirakı tamamilə obyektiv, demokratik və şəffaf prinsiplər əsasında aparıldı.
Mətbuat xidməti