Əcnəbi tələbələrimiz növbəti tura vəsiqə qazandılar
Aprelin 1-də Türkiyə Səfirliyinin Azərbaycandakı Təhsil Müşavirliyinin təşkil etdiyi universitetlər arasında futbol yarışında universitetimizin əcnəbi tələbələri iştirak etdilər. Onlar Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin komandasına qalib gələrək növbəti tura vəsiqə qazandılar. Bu münasibətlə tələbələrimizi təbrik edir və final oyununda görməyi arzu edirik.
Mətbuat xidməti