Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektoru “Bakı 2015” Avropa Oyunları ilə bağlı könüllülərlə görüş keçirdi
Sumqayıt Dövlət Universitetinin rektoru “Bakı 2015” Avropa Oyunları ilə bağlı könüllülərlə görüş keçirdi

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov universitetimizin  I-II kurs tələbələri ilə görüşündə bildirdi ki, bir çox sahələrdə olduğu kimi idman sahəsində də gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan, eyni zamanda dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, həmçinin qitə və dünya çempionatlarına da ev  sahibliyi  edir. 
Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkə başçısının rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir və ən yüksək qiymətə layiq  görülür.
Fərəhləndirici haldır ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək.
Bu il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək maraqlı və innovativ yarışlar olacaq. “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növüdür. On yeddi yarış günündə Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı öz ölkələrini təmsil       edəcək.
Rektor çıxışında onu da vurğuladı ki, Avropa Oyunları üzrə Təşkilat Komitəsini sədri, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili  Mehriban xanım Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı sürətlə həyata keçirilən işlər dünya ictimaiyyəti tərəfindən  yüksək qiymətləndirilir. Biz də öz növbəmizdə, SDU-nun kollektivi olaraq bu tədbirdə fəal iştirak etməklə,  Avropa Olimpiya oyunlarında yüksək nailiyyətlər əldə etmək üçün potensial gücümüzdən  istifadə etməliyik.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov çıxışında qeyd etdi ki, aldığımız məlumata görə  oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16,000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftə ərzində  yüzlərlə gənc arasında müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayana qədər 12500 nəfər könüllünü iştiraka cəlb edəcək.
Universitetimizin könüllü tələbələri oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında üzərlərinə düşən vəzifəni yerinə yetirməklə bərabər, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər. Bunun üçün universitetimizin 7 fakültəsi arasında iş bölgüsü aparılmışdır. Belə ki, Mühəndislik, İqtisadiyyat və idarəetmə,  Tarix və coğrafiya fakültələri açılış-bağlanış mərasimində, digər fakültələr  isə oyunlar zamanı iştirak      edəcəklər.
Həmçinin  o da qeyd olundu ki,  Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində könüllülərimiz  yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM kartdan yararlanacaqlar.
Sonda tələbələrin sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az