Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında anlaşma memorandumu imzalandı
SDU ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında anlaşma memorandumu imzalandı
Martın 29-da Sumqayıt Dövlət Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında Azərbaycan Respublikasında biznes mühitinin inkişaf etdirilməsi, ölkənin  elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi inkişafına dəstək göstərilməsi məqsədilə anlaşma memorandumu imzalandı. Sənədi SDU-nun rektoru professor Elxan Hüseynov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov imzaladılar. Memorandumda universitetlə mərkəz arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, SDU tələbələrinin mərkəzdə və ona üzv təşkilatlarda (Azersun Holding, Access Bank ASC, Bank of  Baku ASC,  Kapital Bank,  Avrora,  Delta Group,  İnci Group) istehsalat təcrübəsi keçilməsi, Mərkəz tərəfindən təşkil olunan təlim və seminarlarda SDU əməkdaşlarının iştirakının təmin edilməsi, Erasmus+ ;  KA2 və KA1  proqramları çərçivəsində universitetin  European Commission  EACEA tərəfindən maliyyələşdirilən layihələrə tərəfdaş və koordinator kimi cəlb olunmasına dəstək verilməsi, Beynəlxalq sertifikatlaşdırma və akkreditasiya proqramlarının universitet nəzdində lokallaşdırılması, İELTS, TOEFL, SAT, GRE, GMAT, ACCE, PMP və bu kimi sertifikat proqramlarına hazırlaşması, Sahibkarlığın inkişafını nəzərə alaraq, sahibkarlıq subyektlərinə  ixtisasartırma proqramlarının təklif edilməsi, mərkəz tərəfindən təşkil edilən seminarlarda SDU tələbələrinin iştirakının təşkili, mərkəzin həyata keçirdiyi tədqiqatlarda SDU-nun elmi potensialından istifadə edilməsi nəzərdə tutulur.
Universitetin rektoru professor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan  Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet  bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının  üzvü olmuşdur. Universitetimizin hal - hazırda Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Rektor onu da qeyd etdi ki, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr uğurla yerinə yetirilərək səmərəli nəticələr verir. Məqsəd SDU-nun dünyanın elm və təhsil məkanında nüfuzunu artırması, ən tanınmış universitet assosiasiyalarına qəbul olunması, beynəlxalq elm və təhsil birliklərində nüfuz qazanmasıdır. Təbii ki, fəaliyyətimizlə bu hədəfə doğru uğurla addımlayırıq.
Memorandum çərçivəsində həyata keçiriləcək işlərin əhəmiyyətini vurğulayan rektor bu əməkdaşlığın uğurla gerçəkləşəcəyinə ümidvar olduğunu qeyd etdi.
Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, həmin Mərkəzin Beynəlxalq layihə şöbəsinin direktoru Zəfər Həsənov təşkilatın missiyasından, görülən işlərdən, həyata keçirilən layihələrdən və imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdilər.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az