Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbərimiz 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini andılar
Yerləşdirilmə tarixi : 28 Mart 2018 15:20
Tələbərimiz 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini andılar
Fizika və elektroenergetika fakültəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri fakültənin dekanı dosent Tamella Əhmədova açaraq ermənilərin xalqımıza qarşı ötən əsrdə dəfələrlə soyqırımlar törətdiyini bildirdi.  Qeyd etdi ki, 1918-ci ilin martında Azərbaycan xalqının üzləşdiyi faciə ən dəhşətli cinayətlərdən biridir. Həmin dövrdə Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnaklarının Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və Naxçıvanda törətdikləri qanlı terror əməlləri insanlığa qarşı cinayət idi. Bu cinayət aktları nəticəsində azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, respublikanın müxtəlif yerlərində minlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirildi, xeyli sayda insan doğma yurdundan qovuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verildi. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynayır. 
Fizika və elektroenergetika fakültəsinin tələbələri Qivami Səfərəliyev, Əyyub Sadıqov və Riyaziyyat fakültəsinin I kurs tələbəsi Aysun Əlizadə çıxış edərək 
erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən bəhs etdilər. Tələbə gənclərimiz çıxışlarında vurğuladılar ki, bu gün bizim başlıca məqsədimiz xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, erməni cəlladlarının törətdikləri bu vəhşilikləri ifşa etməkdir. Çünki dünya əsl soyqırımı haqqında doğru tarixi və həqiqətləri bilməli, zaman-zaman baş verən hadisələrin kökü və mahiyyəti açılmalıdır.
Çıxışlardan sonra azərbaycanlıların deportasiyası və soyqırımına aid film  nümayiş olundu.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az