Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirildi
"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirildi
Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirildi. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Tədbir iştirakçılarını salamlayan Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışdı. Cənab Ceyhun Bayramov qeyd etdi ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldildi. Təhsil alanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb.Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə yeddinci dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Eyni zamanda bu müsabiqə, innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. 
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini  Mirzə Cəfərzadə çıxış edərək bu müsabiqənin innovativ fikir yarışması olduğunu vurğuladılar. Natiqlər gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd etdilər.
Daha sonra qonaqlarla bərabər stendlərə baxış keçirdi.
Qeyd edək ki, müsabiqəyə elmi dəstəyin verilməsi Sumqayıt şəhər ümumtəhsil məktəbləri üçün Sumqayıt Dövlət Universitetinə həvalə olunur. SDU-nun  professoru Cavanşir Məmmədovun rəhbərliyi ilə seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə  müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlayaraq müsabiqədə iştirak etdilər.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az