Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS +KA2 layihələrinin yazılması və onlara müraciət qaydaları mövzusunda seminar
ERASMUS +KA2 layihələrinin yazılması və onlara müraciət qaydaları mövzusunda seminar
Fevralın 9-da universitetdə ERASMUS +KA2  layihələrinin yazılması və onlara müraciət  qaydaları mövzusunda seminar keçirildi. 
Seminarda ERASMUS+KA2  layihələrinin yazılmasında iştirak edəcək heyət və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak etdilər. 
Seminarı universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru dosent Qafar Atayev açaraq  ERASMUS+KA2 layilərinin əhəmiyyətindən danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti uzun illərdir ki, TEMPUS, ERASMUS+KA2 kimi beynəlxalq layihələrin tərəfdaşlarından biri olaraq hər zaman fəal surətdə iştirak edir. Bu istiqamətdə onlarla layihə uğurla yekunlaşmış, bir neçəsi üzrərində işlər isə davam etdirilir. Bu təliminin keçirilməsində məqsəd SDU-nun layihə heyətinin yeni layihələrin yazılması təşəbbüsünün reallaşdırılmasıdır.
Sonra Beynəlxalq təlim və Layihələr Mərkəzinin təsisçisi, layihələr şöbəsinin direktoru  Zəfər Həsənov təqdimatla çıxış edərək seminar iştirakçılarına ERASMUS+KA2 layihələrinin yazılması təlimatları, büdcənin işlənməsi proseduru, əldə ediləcək nəticələr, qarşılaşacaqları çətinliklərin aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdi. Təlimçi Zəfər Həsənov internet vasitəsilə  ERASMUS+KA2 layihələrinə necə müraciət olunmasını da əyani olaraq nümayiş etdirdi.
Tədbir mövzu ətrafında maraqlı və  geniş müzakirələrlə davam etdirildi. 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az