Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Daşkənd Dövlət Texniki Universitetinin nümayəndəsi SDU-da oldu
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndəsi SDU-da oldu
Fevralın 1-də Daşkənd Dövlət Texniki Universitetinin İstehsalat proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri Özbəkistan Respublikası Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Nadirbek Yusupbekov Sumqayıt Dövlət Universitetində oldu. 
Əvvəlcə qonağı universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov qəbul etdi. Qonağı universitetimizdə görməkdən məmnun olduğunu bildirdi. Dosent Natiq Talıbov universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verərək qeyd etdi ki, SDU dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir və ikitərəfli müqavilələri mövcuddur. Son illər universitetimiz  digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrin qurulması istiqamətində də mühüm addımlar ataraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının  üzvü olmuşdur.  2 bakalavr ixtisası və 1 magistr ixtisaslaşması üzrə mütəxəssis hazırlığının Avropa standartlarına uyğunluğu haqqında həmin ixtisaslara Avropanın tanınmış akkreditasiya agentliyi olan ASİİN tərəfindən 5 illik keyfiyyət möhürləri – sertifikat verilmişdir. Həmçinin universitetimizdə ERASMUS+, TEMPUS, “Mevlana” mübadilə proqramı və s. layihələr uğurla gerçəkləşir. 
Səmimi qəbula görə təşəkkür edən akademik Nadirbek Yusupbekov SDU-da olmaqdan məmnunluğunu ifadə etdi. O, SDU-ya ilk dəfə gəldiyini bildirən akademik təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verdi. O, iki universitet arasında müəllim-tələbə mübadiləsinin vacibliyindən bəhs etdi.
Sonra qonaq  Mühəndislik fakültəsində  müasir standartlara cavab verən laboratoriyalarda oldu. Fakültə dekanı dosent Ulduz Ağayev laboratoriyaların iş prinsipi haqqında qonağa ətraflı məlumat verdi.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az