Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllim və tələbəmiz sertifikata layiq görüldü
Müəllim və tələbəmiz sertifikata layiq görüldü

Dekabrın 21,22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı və Diasporla iş üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II Respublika elmi konfransı keçirildi.
Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev müzakirə olunacaq mövzuların tarix elminin aktual problemlərinə həsr olunduğunu, gənclərin, xüsusilə tələbələrin elmi araşdırmalara cəlb edilməsi baxımından  mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və konfransın işinə uğurlar arzuladı.
Konfransda Azərbaycanın ərazisi və əhalisi: etno-demoqrafik proseslər, Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış,  Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı kimi mövzularda məruzələr dinlənildi. 
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetindən Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Azərbaycanın enerji siyasətində Türkiyənin yeri”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi İsmayıl Faxtiyev “Ermənistanın Azərbaycana təcavüzü və məhv edilən tarixi abidələr” mövzularında çıxış edərək sertifikata layiq görüldülər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az