Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin prorektoru Yunanıstan Makedoniya Universitetində qonaq olmuşdur
Sumqayıt Dövlət Universitetinin prorektoru Yunanıstan Makedoniya Universitetində qonaq olmuşdur

Fevralın 2-4 tarixində Yunanıstan Makedoniya Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb olunmasının  təməlinin qoyulması” layihəsi çərçivəsində  elmi-nəzəri seminar keçirilmişdir. Seminarda layihənin iştirakçılarından biri olan Sumqayıt Dövlət Universitetini Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov təmsil etmişdir. Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

Əliliyi olan tələbələrin təhsil bacarıqları: Prinsiplər və təcrübələr;
Ali təhsilə giriş: Avropa Birliyinin təcrübə və mexanizmi;
Əlilliyi olan ali təhsil tələbələri:  Üstünlüklər, Məsləhət və Dəstək;
Görmə əngəlli insanlar üçün kitabxana xidmətlərinin inkişaf etdirilməsi;
Görmə əngəlli insanlar üçün  adaptiv işin qurulması  haqqında təlim;
Əlilliyi olan insanlar üçün  dəstək mərkəzinin yaradılması pilləli proseduru.

Mövzular üzrə  tərəfdaş universitetlərin nümayəndələri arasında fikir mübadiləsi aparılmış və təkliflər qəbul edilmişdir.
Qeyd edək ki, SDU artıq bir ildir ki,  bu layihənin tərəfdaş universitetlərindən biri olmaqla layihədə iştirak edir. Layihə üzrə növbəti görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Seminarda Azərbaycanın Əlillər Birliyinin, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Lənkaran Dövlət Universitetinin, Xəzər Universitetinin və digər qurumların nümayəndələri iştirak etmişlər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az