Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Bilik Fondu tərəfindən “İlboyu bilik” proqramı çərçivəsində sosioloji sorğu keçirildi
Universitetdə Bilik Fondu tərəfindən “İlboyu bilik” proqramı çərçivəsində sosioloji sorğu keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “İlboyu bilik” proqramı çərçivəsində Tarix və coğrafiya,  Mühəndislik fakültələrinin tələbələri arasında sosioloji sorğu keçirildi. 
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov Bilik Fondunun reallaşdırdığı “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək təhsil ocağında keçirilən görüşlərdən və qurumun maarifçilik fəaliyyətindən bəhs etdi.
Bilik Fondunun Monitorinq və proqnozlaşdırma qrupunun üzvü Xumar Fərzəliyeva təmsil etdiyi qurumun məqsədindən və yaradılmasından danışdı. Bildirdi ki, Bilik Fondunun məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin  inkişafına dəstək verməkdir. Bu  sorğunun aparılmasında da məqsəd respublikamızın orta-ixtisas və ali məktəb tələbələrinin mütaliyəyə maraq dərəcəsini öyrənmək və onlara oxu mədəniyyətini aşılamaqdır.
Qeyd edək ki, sosioloji sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az