Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində seminar keçirildi
Sumqayıt Dövlət Universitetində seminar keçirildi

Fevralın  5-də “Müasir avtomatika texnologiyaları və problemləri” mövzusunda  texniki seminar keçirildi.
Professor, əməkdar müəllim Nadir Kazımov  seminar iştirakçılarını salamladı və çıxış üçün sözü Mühəndislik fakültəsinin dekanı, dosent  Sabir Xəlilova verdi. O, bildirdi ki, bu gün respublikamızın bütün sahələrdə sürətli inkişafı danılmazdır və bu inkişaf yüksələn xətlə davam etməkdədir. Yeni islahatların həyata keçirilməsi respublikamızın gündəlik həyatının ayrılmaz hissəsidir. “2015-2020-ci illərdə Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 10 yanvar tarixli 212 saylı Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il   26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikasında yeni sənaye obyektlərinin yaradılması, yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu məqsədlə dünyada öz yeri olan və qabaqcıl şirkətlərdən biri sayılan Şneyder şirkətinin dəstəyi ilə “Müasir avtomatika texnologiyaları və problemləri” üzrə texniki seminar təşkil olunmuşdur. Bu seminara Azərbaycanın öndə gedən sənaye obyektlərinin mütəxəssisləri dəvət olunmuşdur. Məqsədimiz bu sənaye obyektlərində yeni texnologiyaların tətbiqi və onun metodikası, bu obyektlər üçün uyğun mütəxəssislərin hazırlanması, istifadədə olunan yeni texnologiyalara servis xidmətinin təşkil edilməsidir. Həmçinin universitetimizin aparıcı elmi mütəxəssislərinin köməyi ilə yeni-yeni ideyaların və innovativ texnologiyalar əsasında layihələrin hazırlanması üçün Şneyder şirkəti ilə birlikdə müzakirələrin aparılmasına ehtiyac duyulur.
Şneyder Elektrik Şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Osman Şahin Şneyder şirkətinin ayrı-ayrı fərdlərə və təşkilatlara enerjidən maksimum yararlanmağa imkan yaratmaq məqsədilə Azərbaycanda öz Bakı nümayəndəliyi və bölüşdürmə partnyoru vasitəsilə fəaliyyət göstərdiyini bildirdi.  Vurğuladı ki, 100-dən çox ölkədə fəaliyyət göstərən  və enerji idarə edilməsi sahəsində dünya üzrə mütəxəssis olan Şneyder Elektrikin 150 mindən  çox işçiləri vardır.   Bu gün  Azərbaycanda bir çox təhsil müəssisələri ilə, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə də yeni ideyalar və layihələri birlikdə icra etmək məqsədi ilə   əməkdaşlıq edirik.
Şirkətin Sənaye Avtomatikası üzrə texniki-kommersiya mühəndisi Pünhan Seyidov  çıxışında  söylədi ki, bu gün təbiət resurslarından səmərəli istifadə, ətraf mühitin qorunması, optimallığın təmini, enerjiyə qənaət kimi amillər avtomatikanı günümüzün artan təlabatına çevirmişdir. SDU ilə əməkdaşlıqdan danışan mühəndis universitetin nəzdində yeni bir  avtomatika və elektrik mühəndisliyi sahəsində servis qrupu yaradılması istiqamətində işlər getdiyini söylədi.
Fizika və elektroenergetika fakultəsinin dekanı,  dosent Tamella Əhmədova SDU-da  elektrik mühəndisliyi, energetika mühəndisliyi, istilik energetikası mühəndisliyi ixtisasları üzrə bakalavr və magistr hazırlandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının inkişaf strategiyası əsasında  elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, müasir intellektual sistemlərin və texnologiyaların tətbiqi vasitəsilə aparılır. Bu da  karyerasına yeni addım atmış hər bir gənc mütəxəssisin Şneyder Elektrik kimi bu sahədə böyük təcrübəsi, nailiyyətləri olan şirkətin dəstəyinə ehtiyacı var. Mən inanıram ki, əməkdaşlığımız ölkə energetika sənayesinin inkişafına daha da təkan verəcək və bunun sayəsində müasir texnolgiyalara yiyələnmiş mühəndis kadrlar yetişdirəcəkdir. 
Çıxışının sonunda dosent Tamella Əhmədova Şneyder şirkətinə universitetlə əməkdaşlıq sahəsində bir sıra təkliflər irəli sürdü.
 İki paneldə davam etdirilən seminarda AMEA-nın İdarəetmə  Sistemləri İnstitutunun laboratoriya müdiri  Asif Rzayev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru Əsgər Quliyev və başqaları çıxış etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az