Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası
Elmi Şuranın növbəti iclası

Elmi Şuranın qərarı ilə Rusiya Federasiyası Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədiri, akademik Ramil Nazifoviç Baxtizinə  Sumqayıt  Dövlət  Universitetinin “Fəxri doktoru” elmi adı verildi

Noyabrın 8-də Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov şura üzvlərini salamladı və universitetin bir qrup əməkdaşlarına “Tərəqqi” medalı və Əməkdar müəllim” fəxri adının verilməsi münasibəti ilə təbrik etdi, bunu prezident cənab İlham Əliyevin Azərbaycan təhsilinə və təhsil işçilərinə verilən dəyər kimi qiymətləndirdi. Rektor universitetin daha böyük uğurlara nail olması üçün səylə çalışmağa və milli təhsilimizə töhfələr verəcəyinə söz verdi. Sonra gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  
Rektor Rusiya Federasiyası Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədiri, akademik Ramil Nazifoviç Baxtizinə Sumqayıt Dövlət Universitetinin “Fəxri doktoru” elmi adının verilməsi haqqında qərarını elan etdi. Qərar şura üzvləri tərəfindən yekdilliklə qəbul edildi.
Qeyd edək ki, akademik Ramil Baxtizinin iki ölkənin ali təhsil müəssisələri arasında, xüsusilə də Ufa Dövlət Neft Texniki Universiteti ilə Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri olan  Sumqayıt Dövlət Universiteti arasında elm, təhsil və mədəni əlaqələrin bakalavriat, magistratura və doktorantura səviyyələrində hərtərəfli inkişafı sahəsində böyük xidmətləri var. 2015-ci ildə Ufa Dövlət Neft Texniki Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetinin rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetinin dəvəti ilə Ufa şəhərində ezamiyyətdə olmuş, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, Tələbə Forumlarında iştirak etmiş, Ufa şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin maddi-texniki bazaları ilə, tədrisin idarə olunması, kafedralarda elmi-tədqiqat işlərinin təşkili, tələbələrin elmi tədqiqatlara qatılması, onların asudə vaxtlarının təşkili və s. ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışlar. Eyni zamanda Ufa Dövlət Neft Texniki Universitetinin rəhbər işçiləri, professor-müəllim heyətinin nümayəndələri və tələbələri Azərbaycanın ali təhsil müəssisələrinin elm və təhsil sahələrində fəaliyyətləri, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar. Akademik R.N.Baxtizin bir neçə dəfə SDU-nun qonağı olmuş, universitetin əməkdaşları və  tələbələri ilə görüşmüş, ustad dərsləri vermişdir. Universitetlərimizin əməkdaşları mütəmadi olaraq UDNTU-da və SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq universitetlərin “Elmi xəbərlər” jurnallarında nəşr etdirirlər. Bu da, universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir.
İclasda akademik qruplarda keçirilən kollokviumların ilkin nəticələri və dərslərə davamiyyət barədə Tədris Metodiki Mərkəzin  direktoru  dosent İsabal Qurbanov və fakültə dekanları çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təşkil olunan kollokviumlar uğurla başa çatdığını, tələbələrin dərsə davamiyyət məsələləri ilə bağlı mövcud vəziyyət barədə məlumat verdilər.
Türkiyə və Azərbaycan Universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, oktyabrın 30-da Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil məktəbləri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda qeyd olunmuşdur ki, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramının uğurlu gələcəyini təmin etmək üçün, ilk növbədə, diplomların qarşılıqlı tanınması, ortaq təhsil proqramlarının müəyyən edilməsi, nəzəri biliklərlə təcrübə arasında uyğunluğun təmin edilməsi istiqamətlərində irəliləyişlər olmalıdır.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az