Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Hellouin bayramı keçirildi
Hellouin bayramı keçirildi

Filologiya fakültəsinin Xarici dillər kafedrasının və İngilis dili müəllimi ixtisasında təhsil alan I kurs 906 qrup tələbələrinin təşkilatçılığı ilə " Hellouin " bayramı qeyd olundu. Bildiyimiz kimi, hər il oktyabrın 31-də ABŞ, Böyük Britaniya və İrlandiyada Hellouin bayramı  uşaqlar və yeniyetmələr tərəfindən sevinclə keçirilir. Bu bayramın qədim tarixçəsi var. Hellouin sözünə əsasən XVI əsrdə Şotlandların All-Hallows-Even (even-evening- axşam yəni bütün kabuslar gecəsi) sözünün qısaldılmış forması kimi rast gəlinir. Bu bayram balqabaqlar bayramı da hesab edilir. 
Gecədə tələbələr ingilis dilində müxtəlif mahnılar, şeirlər səsləndirdi və müxtəlif əyləncəli oyunlar təşkil etdilər. Hər oyunun sonunda qalib şirniyyat ilə mükafatlandırıldı. 
“Ən yaxşı  bəzədilmiş balqabaq”müsabiqəsində qalibi müəyyən etmək mümkün olmadı. Çünki hər biri xüsusi zövq ilə bəzədilmişdi. Qeyd edək ki, bu  birinci kurs tələbələrinin ilk tədbiri idi. İnanıriq  ki, bu tədbir birinci kurs tələbələrinin  növbəti ingilis dilli tədbirlərin keçirilməsinə böyük bir təkan olacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az