Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Karyera Mərkəzinin növbəti seminarı
Karyera Mərkəzinin növbəti seminarı

Noyabrın 2-də Karyera Mərkəzinin təşkilatçılığı ilə AZƏRSU ASC-nin “Karyeraya ilk addım” mövzusunda tələbələr üçün təlim-seminarı keçirildi. Seminarda AZƏRSU ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin rəisi İlkin Məcidov bildirdi ki, AZƏRSU ASC Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir. İlkin Məcidov AZƏRSU ASC-nin gənclərlə işləməyin  şirkətin əsas hədəflərindən olduğunu qeyd etdi.Təlimdə AZƏRSU şirkətində işə qəbul qaydaları və vakansiyalar haqqında geniş məlumat verildi.  Tədbirin sonunda iştirakçıları maraqlandıransuallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az