Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Türkiyədə “Mövlana Mübadilə Proqramı”nda iştirak etdi
Əməkdaşımız Türkiyədə “Mövlana Mübadilə Proqramı”nda iştirak etdi
Son vaxtlar Sumqayıt Dövlət  Universiteti dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə sıx əlaqələr qurmuş və hazırda onlarla təhsilin bütün sahələri üzrə əməkdaşlıq etməkdədir. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitetimiz, sözün həqiqi mənasında, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.
Oktyabrın 10-dan-25 dək Tarix və Coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimli “Mövlana Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetində oldu. Qeyd edək ki, proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir. Alimimiz Adnan Menderes Universitetində Orta əsrlər tarixi fənnindən “Frank dövləti”, “Fransa XI-XV əsrlərdə”, “Almaniya XI-XV əsrlərdə” və s. mövzularda altı dərs keçmiş, əlavə olaraq iki  dəfə universitetin Tarix bölümünün professor-müəllim heyəti və tələbələri qarşısında “Türk-erməni münasibətləri çağdaş dönəmdə” və “İşğal olunmuş Azərbaycan torpaqlarındakı maddi-mədəniyyət abidələri” mövzusunda ətraflı çıxış etmişdir.
Samir müəllimin qeyd etdi ki, bu cür səfərlər iki qardaş ölkənin universitetlərinin daha sıx əlaqələr qurmasına şərait yaratmaqla yanaşı, gələcəkdə yeni elmi əməkdaşlıq sahəsində uğurlu  sövdələşmələr aparılmasına, çoxlu sayda dostlar qazanmasına zəmin yaradır. 
Samir Kərimli Adnan Menderes Universitetinin “Mövlana Mübadilə Proqramı”nın koordinatoru Öncel Sençerman tərəfindən təqdim olunmuş sertifikatla vətənə dönmüşdür.
                                                                                                                                                                                                                                                                   

                                                                                                                                                                                                                                                                                                         Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az