Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Macarıstanın Debrecen Universitetində beynəlxalq seminarda iştirak etdilər
Əməkdaşlarımız Macarıstanın Debrecen Universitetində beynəlxalq seminarda iştirak etdilər

Avropa İttifaqının ERASMUS + proqramının “PETRA” layihəsi çərçivəsində oktyabrın 16-dan 20-dək Macarıstanın Debrecen Universitetində “Azərbaycan universitetlərində təlim və tədrisin mükəmmələşdirilməsinin təşviqi” mövzusunda keçirilən beynəlxalq seminarda universitetimizin Tədrisin təşkili və təlim texnoligiyaları üzrə prorektor  Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Elmi hissənin müdiri Samir Orucov, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etdilər. Seminarın moderatorları Macarıstan tərəfindən layihənin meneceri doktor Qabor, doktor Erika və doktor Qabriela idi. 
Tədbirin açılışında Debrecen Universitetinin prorektoru, Xarici məsələlər üzrə məsləhətçisi, Beynəlxlaq şöbənin müdiri, Doktorantura fakültəsinin və ayrı-ayrı fakültə dekanları iştirak etdilər. Seminarda Debrecen Universitetinin təlim – tədris, doktorantura təhsili, beynəlxalq əlaqələri, yay məktəbi, yeni texnologiyalarla təlim-tədris üzrə mövzuları müzakirə olundu.
Oktyabrın 19-da layihə çərçivəsində Beynəlxalq konfrans keçirildi. Konfrans bir neçə bölmə üzrə - təlim-tədris, informasiya texnologiyaları, beynəlxalq əməkdaşlıq və mobillik proqramları və s.işini davam etdirdi. Konfransa Finlandiya, İspaniya o cümlədən Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri, Debrecen universitetinin doktorantları da konfransda iştirak etdilər. Iştirakçılar beynəlxalq konfrans zamanı Debrecen Universitetində təhsil alan doktorantlar və onların tədqiqat obyektləri ilə tanış oldular. Sumqayıt Dövlət Universiteti tərəfdən BƏŞ-in əməkdaşı Samirə Məmmədova SDU haqqında video çarx və prezentasiya ilə çıxış etdi. 
Sonra qonaqlar universitetin kampusu, AQORA tədqiqat mərkəzi ilə tanış oldular. Qeyd olundu ki, universitet 1538-ci ildə yaradılmışdır. 14 fakültəsi var. Universitetdə təhsil alan 30 min tələbədən 4300 nəfərini əcnəbi tələbələr təşkil edir. Bu tələbələrdən 72 –si azərbaycanlılardır. 
Debresen Universitetinin tələbələri ilə görüşdə prorektor dosent Natiq Talıbov Azərbaycanda və xüsusilə Sumqayıt Dövlət Universitetində Tədris prosesi və onun mükəmməlləşdirilməsi haqqında ətraflı məlumat verdi. Prorektor qeyd etdi ki, universitetimiz Avropa Akkreditasiya tərəfindən müxtəlif ixtisaslar üzrə sertifikatlar almışdır. Seminar müzakirələrlə davam etdirildi. 
Qeyd edək ki, növbəti təlim  Türkiyənin Qazi Universitetində keçirilməsi planlaşdırılır. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az