Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir
Müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir

18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər Fizika və elektroenergetika, Kimya və biologiya fakültələrində davam etdi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə fakültə dekanları Tamella Əhmədova, Mahal Muradov, Biologiya və onun tədrisi metodikası kafedrasının doseni Xanəhməd Həsənov çıxış edərək 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik etdilər. Bildirdilər ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı. Ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı, davamlı ictimai siyasi sabitlik əldə edildi. Bu gün biz qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir.
Çıxış üçün söz alan tələbələr Leyla Məhərrəmova, Qivami Səfərəliyev, Məhəbbət Hüseynov müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışdılar.
Tədbirdə vətənpərvərlik mövzusunda şeir və mahnılar dinlənildi, mövzu ilə bağlı video çarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az