Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtda avtoqəzaya uğrayan tələbələrimizin vəziyyətləri normaldır
Sumqayıtda avtoqəzaya uğrayan tələbələrimizin vəziyyətləri normaldır

Bu gün günorta saatlarında Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. “KAMAZ” və “Hyundai” markalı avtomobil toqquşub.  Xəsarət alanlar var. Onlardan 2 nəfəri Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbələri Elnurə Cəfərova və Nərmin Hüseynlidir. 
Tələbələr yüngül bədən xəsarəti alaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 
Universitetin struktur nümayəndələri və fakültə dekanı tələbələrimizə baş çəkib, onların səhhəti ilə maraqlanıblar. Tələbə Elnurə Cəfərova vəziyyətlərinin normal olduğunu bildirdi.
Hadisə ilə bağlı araşdırma aparılır.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az