Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Erasmus+LPEB layihəsi çərçivəsində sertifikata layiq görüldü
Əməkdaşımız Erasmus+LPEB layihəsi çərçivəsində sertifikata layiq görüldü

Alessandro Cafario: distant təhsil proqramı tələbə ilə müəllim arasında təhsili reallaşdıran bir sistemdir

Müxtəlif layihələrin gerçəkləşməsi beynəlxalq əlaqələrin inkişafına, müştərək fikir mübadiləsinin aparılmasına, professor- müəllim heyətinin, tələbə kontingentinin  mübadiləsinə təsir edən amillərdəndir.İyulun 10-15 tarixlərində İtaliyanın paytaxtı Roma şəhərinin Uninetuno Telematuka Universitetində Erasmus+LPEB layihəsi çərçivəsində distant təhsilin Azərbaycanda tətbiqi ilə bağlı təlim keçirildi. Təlimdə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etdilər. Təlim zamanı qeyd olundu ki, məqsəd  tərəfdaş ölkələrdə təhsildəki islahatlara və modelləşmələrə, ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və insan resurslarının qarşılıqlı inkişafına nail olmaqdır. Görüşdə    distant təhsildə müəllimlərin hazırlığı məsələləri də müzakirə olundu və qarşılıqlı fikir mübadiləsi aparıldı. Universitetimizin  Bərk cisim və yarımkeçiricilər kafedrasının dosenti Samir Orucovu   Uninetuno Telematuka Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Alessandro Cafario qəbul etdi,  ölkələr arasında elm, təhsil əlaqələrindən söhbət açıldı,  bildirildi ki, distant təhsil proqramı tələbə ilə müəllim arasında təhsili reallaşdıran bir sistemdir. Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilən distant təhsil sisteminin funksiyaları da genişdir. 
Təlimin sonunda dosent Samir Orucov müvəffəqiyyət diplomu ilə təltif olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az