Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti kadr potensialını müasir tələblərə uyğun formalaşdırır
Sumqayıt Dövlət Universiteti kadr potensialını müasir tələblərə uyğun formalaşdırır
Gənclər elmi-pedaqoji fəaliyyətə cəlb olundu
Ölkənin kadr potensialının formalaşmasında mühüm xidməti olan Sumqayıt Dövlət Universiteti peşəkar mütəxəsisslərin hazırlanmasında əldə etdiyi nailiyyətlərlə adını nüfuzlu  ali məktəblərin sırasına yazmışdır. Elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası istiqamətində imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunan universitetimiz bu gün təkcə  maddi-texniki bazası, İKT-nın son naliyyətləri  ilə təchiz olunmuş auditoriya, laboratoriyaları  ilə deyil,  nüfuzlu alimləri,  tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb. 55 il bundan öncə təməli qoyulanda milli kadr və mütəxəssis problemi yaşayan Sumqayıt Dövlət Universiteti məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir.
Adı, inkişafı Cənubi Qafqazın qüdrətli sənaye mərkəzi olan Sumqayıt şəhəri ilə bilavasitə bağlı olan, onun kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidmətləri olan universitetimiz bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. Kadr potensialının, professor-müəllim heyətinin tərkibini zənginləşdirmək, müasirləşdirmək, gəncləşdirmək məqsədi ilə bakalavr, magistratura, doktorantura və dissertantura pillələrində təhsil alan gənclərin içərisindən seçdiyi istedadlı gənclərlə bu günlə dünən, tarixlə müasirlik arasında körpü yaradır. Rektor prof. Elxan Hüseynovun rəhbərliyi ilə həyata keçirilən bu siyasət sayəsində indi Sumqayıt Dövlət Universitetində milli təfəkkürə, müasir düşüncəyə, analitik təhlil qabiliyyətinə malik onlarla gənc alim, müəllim auditoriyalarda elmin sirlərini tələbələrə aşılayır, onların peşəkar kadr kimi formalaşmasına töhfələr verirlər. 
İyunun 21-də rektor Elxan Hüseynov universitetin doktorant və dissertanları ilə keçirdiyi görüş də, dediklərimizin bariz nümunəsidir. Tədrisin bu pillərindən məzun olmuş, əsasən, Sumqayıt şəhər sakini olan gəncləri qəbul edən rektor onları pedaqoji fəaliyyətə cəlb etməklə bir daha sübut etdi ki, SDU öz məzunları ilə nəinki qürur duyur, həm də, onlara inanır, güvənir, universitetin və burada təhsil alan gənclərin taleyini onlara etibar edir. Rektor prof. Elxan Hüseynov bu addımı ilə təkcə universitetin kadr potensialının möhkəmlənməsinə, bir sıra sumqayıtlı gəncin işlə təmin olunmasına şərait yaratmır, o, bu addımı ilə ölkə başçısı cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində görülən möhtəşəm işlərə öz töhfəsini verir. Sumqayıtın sosial-iqtisadi inkişafında, elmi-mədəni dirçəlişində mühüm nailiyyətlərə imza ataraq gənclərə dövlət dəstəyinin, dövlət qayğısının qarantına çevrilir.
Qəbula gələn hər bir gənc mütəxəssisi qarşılayan rektor prof.Elxan Hüseynov  öncə onlara uğurlar arzuladı. Müəllim, alim peşəsinin şərəfli olduğunu  vurğuladı. Alim ömrünün müqqədəsliyini xatırlatdı. Çoxdankı arzularını gerçəkləşdirdikləri vəzifə pilləsində önə çəkilən laborant, baş laborant, müəllim, baş müəllim təyin olunan, Elmi-pedaqoji Şuranın qərarı ilə dərs yükləri müəyyənləşən, bir zaman təhsil aldıqları müəllimləri ilə auditoriyaları paylaşacaq, onlarla çiyin-çiyinə çalışacaq gənclər rektor, prof.Elxan Hüseynova səmimi qəbula, xoş münasibətə, xeyirxahlıq, yaxşılıq, diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Uğurlu fəaliyyətləri ilə etimadı doğruldacaqlarına söz verdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az