Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə startap layihəsi üzrə işçi qrupu yaradıldı
Universitetimizdə startap layihəsi üzrə işçi qrupu yaradıldı
İyunun 23-də Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədovun rəhbərliyi ilə startap layihələrinə dair işçi qrupu ilə görüş keçirildi. 
Görüşdə Mühəndislik fakültəsinin dekanı dos. Ulduz Ağayev, Kimya və biologiya fakültəsinin dekanı dos. Mahal Muradov,  İnformasiya və kompüter texnikası kafedrasının müdiri dos. Qadir Mənsurov, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, prof.Cavanşir Məmmədov, Elektroenergetikanın problemləri laboratoriyasının elmi işçisi Fərmayıl İsmayılov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dos.Turqay Hüseynov iştirak etdilər.
Prorektor professor Ramazan Məmmədov universitetimizdə bu cür layihələrin həyata keçirilməsini,  ideyası olan gənclərin startapa qoşulmasını, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiyayönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən startap məktəbinin fəaliyyətinin genişləndirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət etdiyini vurğuladı. Görüşdə Mühəndislik, Kimya və biologiya, Fizika və elektroenergetika fakültələrinin tələbələrinin təqdim etdikləri layihələr üzrə ilkin müzakirə aparıldı və  bu layihələrin universitetimizin elmi tədqiqat laboratoriyalarında işlənməsinin mümkünlüyü araşdırıldı. Seçilmiş layihələr üzrə mütəxəssislərdən ibarət işçi qrupların təşkil olunması, layihələrin texniki ekspertizasının aparılması və kommersiyalaşdırılması üzrə işlərə başlamaq təklif olundu.
Sonda  sahibkarlıq və startap fəaliyyətininin inkişafı, gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər söylənildi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az