Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin bir qrup nümayəndəsi öz məzun şəhidlərinin ailələrini ziyarət etdi
Universitetimizin bir qrup nümayəndəsi öz məzun şəhidlərinin ailələrini ziyarət etdi

Şəhidlik uca zirvədir. Bu zirvəni fəth etmək hər insana nəsib olmur. Onlara ölülər deməyin, onlar diridirlər. Allah məqamında ən uca mərtəbəyə yüksəlmiş cənnət sakinləridir.
Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canından keçən ilk qaraquşlardır 20 Yanvar şəhidlərimiz. O gecənin tükürpədən amansız qətl hadisəsi nəinki tariximizin, bütün böyük türk dünyasının unudulmaz faciəsi, ağır dərdi olmaqla bərabər eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq səhifəsi hər il bütün Türk dünyasında böyük tədbirlərin keçirilməsi ilə anılır, yad edilir.
20 Yanvar şəhidlərinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 17-də universitetin rəhbərliyi, Universitet Həmkarlar İttifaqı Komitəsi, universitetin şəhid məzunlarının ailələrinə baş çəkmiş, onlara yardım etmişlər. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan şəhid, məcburi köçkün və imkansız ailələrə daim diqqət və qayğı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilməkdədir. 20 Yanvar şəhidlərinin 25-ci ildönümündə respublikamızın bütün bölgələrində şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilir, ailə üzvlərinə maddi və mənəvi yardımlar edilir. Universitetimizn nümayəndələri, SDU-nun Həmkarlar İtttifaqının Komitəsinin sədri Turan Cəfərov, universitetin baş müəllimi, YAP Sumqayıt şəhər Təşkilatının sədr müavini Elmar Xəlilov, Tibbi hazırlıq və mülki müdafiə kafedrasının müdiri Tahir Xəlilov şəhid məzunlarımızın ailələrinə baş çəkdilər.
İlk öncə şəhid  məzunumuz Fuad Əhmədovun ailəsi ziyarət olundu. Universitetin rəhbərliyi adından ailə üzvlərinə dərin hüznlə başsağlığı verildi. Qeyd olundu ki, universitet öz şəhid məzunlarını heç vaxt unutmayacaq, onlara daim maddi və mənəvi dəstək olacaqdır. Ailə başçısı şəhid atası Sədrəddin Əhmədov onlara göstərilən diqqət və qayğıya görə ailəsi adından ölkə başçısına minnətdarlığını bildirdi və universitetin nümayəndələrinə təşəkkür etdi.
Daha sonra ikinci şəhid məzunumuz olan Mehdi Mehdiyevin ailə üzvləri ziyarət edildi və onlara da universitet tərəfindən yardım olundu. Şəhid anası Reyhan xanım onlara daim qayğıya görə xüsusən ölkə başçısı İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Universitetin nümayəndələri üçüncü şəhid məzunumuz Həmzə Əhmədovun ailəsini ziyarət etdi və rəhbərlik adından onlara maddi yardım göstərildi. Şəhid atası Qardaşxan Əhmədov 20 Yanvar şəhidlərinin 25-ci ildönümündə bu ailəni ziyarət edən universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi. Qardaşxan kişi onu da vurğuladı ki, xüsusən son bir ildə universitet rəhbərliyi öz şəhid məzununun ailəsini unutmur, daim yada salır və hər bir bayramda, anım günündə onlara baş çəkirlər. Bu diqqət və qayğıya görə universitetin rəhbərliyinə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid olan Həmzə Əhmədovun  ailə üzvləri adından bir daha sizə öz minnətdarlığımı bildirirəm. Biz fəxr edirik ki, Azərbaycanın bir dövlət kimi müstəqil və əbədi edən onun qurucusu, banisi ümummilli liderimiz  Heydər Əliyevin siyasi kursunun ləyaqətlə davam etdirən İlham Əliyev kimi nüfuzlu prezidentimiz var. Biz bütün şəhid ataları Prezidentimizlə fəxr edirik! Itirdiyimiz şəhidlərə görə isə daim bu fikri ifadə edirik : Başın sağ olsun Vətən !
Sumqayıt Dövlət Universiteti öz şəhid məzunlarını və onların ailə üzvlərinə daim diqqət və qayğısını əsirgəməyəcəkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az