Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kollektivimiz Sumqayıt Dövlət Dram Teatrında “Toy olsun” tamaşasını seyr etdi
Kollektivimiz Sumqayıt Dövlət Dram Teatrında “Toy olsun” tamaşasını seyr etdi
Hər bir xalq öz mədəniyyəti, incəsənəti ilə tanınır. Odlar yurdu Azərbaycanın da mədəniyyəti onun öz tarixi qədər qədimdir. Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Dövlətimiz tərəfindən mədəniyyət və incəsənət xadimlərinə böyük qayğı göstərilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdan ulu öndər bütün sahələrdə olduğu kimi, mədəniyyətin də inkişafında əsaslı dönüş yaratmışdır.Ulu öndərin siyasi kursuna sadiq olan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahədə islahatların daha da sürətlənməsini təmin etdi, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasına böyuk imkanlar yaratdı. Ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Azərbaycan muğamının, xalça sənətinin YUNESKO-nun mədəni irs siyahısında olması ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsidir. Son illər dövlət başçımızın mədəniyət xadimlərinə göstərdiyi qayğının nəticəsində mədəniyyət və incəsənət işçilərinə fəxri adlar, Prezident təqaüdləri verilir. Bu da sənət adamlarının yaradıcılığı üçün əsaslı stimul yaradır, nəticədə, yeni əsərlər, tamaşalar səhnələşdirilir. Bu da xalqımız tərəfindən fərəh hissi ilə qarşılanır. Elmin təhsilin inkişafına böyük töhfə verən Sumqayıt Dövlət Universiteti eyni zamanda mədəniyyət və incəsənət sahəsinə də xüsusi önəm verir. Universitetimizdə incəsənət xadimləri ilə görüşlər keçirilir, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili üçün teatrlara biletlər təşkil olunur. 
Bu məqsədlə mayın 31-də universitetimizin kollektivi Sumqayıt Dövlət Dram Teatrında  “Subaylarınızdan görəsiniz” (Süleyman Ələsgərov, İsi Məlikzadə)musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” tamaşasını seyr etdi. Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov illər sonra Sumqayıtda bir səhnəni bölüşdülər. Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin və digər aktyorların improvizələri maraqla qarşılandı. Vəziyyət komediyası janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular komik süzgəcdən keçirilərək tamaşaçılara təqdim olundu. Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış etdilər. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az