Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Xocalı petisiyası"nın təqdimatı keçirildi
"Xocalı petisiyası"nın təqdimatı keçirildi
Mayın 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanladığı petisiyanın təqdimatı keçirildi.
Bilik Fondunun dəstəyi ilə keçirilmiş təqdimat mərasimində universitetin professor-müəllim, tələbə heyəti,  humanitar məsələlər üzrə prorektoru dos. Ramiz Hüseynov, Bilik Fondunun əməkdaşları Elvin Hətəmov və İslam İslamzadə iştirak etdilər. 
Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırdı. Bildirdi ki,  bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Bəli, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığına, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətlərə uyğun şəkildə göstərdiyinə görə Rusiyanın tanınmış tarixçisi, siyasi xadim O.Kuznetsova təşəkkür etdi.
Fondun əməkdaşı Elvin Hətəmov Azərbaycanla Rusiya münasibətərindən danışaraq hər iki ölkənin tarix boyu qarşılıqlı dostluq və qonşuluq şəraitində yaşadığını diqqətə çatdırdı. E.Hətəmov rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsinin xalqların dostluğunun nümunəsi olduğunu bildirdi.
Görüşdə O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü universitet kollektivini https//www.change.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırdı. Bilik Fondunun əməkdaşı İslam İslamzadə  petisiyada səs verməyin qaydasını izah etdi.
Səsvermədə iştirak etmək üçün https//www.change.org saytına daxil olaraq axtarış yerinə "Олег Кузнецов" yazmaq lazımdır. Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, e-mail ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq  imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib XOCALİ-PETİSİYA@MAİL.RU ünvanına göndərmək lazımdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az