Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə III Tələbə Elmi Konfransı keçirildi
Universitetimizdə III Tələbə Elmi Konfransı keçirildi
Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir
Tələbə dünyasını zinətləndirən, onların elmi potensialını üzə çıxaran cəmiyyətlər universitetin kompleks inkişafına töhfələr verir. Ulu öndərin gənclər siyasətinin uğurlа davam etdirilməsi, həm də onun dünyasına ehtiramın əlamətidir. Mayın 24-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümünə həsr edilmiş III Tələbə Elmi Konfransı keçirildi.
Konfransı giriş sözü ilə  universitetin elm və innovasiyalar üzrə prorektoru prof. Ramazan Məmmədov açaraq tələbələrin elmi yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, gənclərin elmi potensialının üzə çıxarılmasına xidmət edən belə konfransların əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına göstərdiyi qayğıdan bəhs etdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elm və təhsil ənənələri hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prorektor tələbələrimizin elmi potensialının üzə çıxarılması, onların müəllimlərlə birgə ilkin tədqiqat işləri ilə məşğul olmaları, elmə olan marağının artırılması istiqamətində Tələbə Elmi Cəmiyyətinin önəmli rolunu qeyd etdi. Diqqətə çatdırdı ki, TEC-in üzvləri respublika və beynəlxalq səviyyəli mötəbər konfranslarda fəal iştirak edir, sertifikatlarla təltif olunurlar. Belə ki, aprelin 2-dən 9-dək TEC-in rəhbəri dos. İslam Paşayevin rəhbərliyi ilə üç tələbəmiz Pskov Dövlət Universitetində keçirilən Beynəlxalq  Gənclər Elmi-Praktiki Konfransında iştirak edərək xüsusi mükafata və sertifikata layiq görüldülər. Prof. Ramazan Məmmədov TEC-in fəaliyyətini müsbət qiymətləndirərək tələbələrin əksəriyyətinin elmi fəaliyyətə TEC-in xətti ilə qədəm qoyduğunu diqqətə çatdırdı. Onlara elmi tədqiqat işlərində uğurlar arzuladı.
Tələbə Elmi Cəmiyyətinin rəhbəri dos. İslam Paşayev TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə ətraflı məlumat verdi, bildirdi ki, bu cür konfranslar tələbələrin  elmi fəaliyyətinin qiymətləndirilməsinin əsas hədəflərindən biridir. 
Sonra tələbələrin mükafatlandırma mərasimi keçirildi.
Qeyd edək ki, fakültələrin bölmə iclaslarında elmi işinnin mövzusunun aktuallığı, elmi yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçi tələbələrimiz universitetin rəhbərliyi tərəfindən  diploma layiq görüldülər. Konfransın materialları toplu şəklində çap olunaraq paylanıldı.
Tədbirdə həmçinin Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı prof. Vladimir Prокоfyеv iştirak edərək Pskov Dövlət Universitetində keçirilən Beynəlxalq  Gənclər Elmi-Praktiki Konfransında iştirak edən üç tələbəmizə sertifikat təqdim etdi, bu cür konfransların tələbələri elmi fəaliyyətə cəlb etdiyini və stimullaşdırıcı amilə çevrildiyini vurğuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az