Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC-in fakültələr üzrə III tələbə elmi konfranslarına yekun vuruldu
TEC-in fakültələr üzrə III tələbə elmi konfranslarına yekun vuruldu

Aprelin 15-dən 29-dək universitetimizdə Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə III tələbə elmi konfransları keçirildi. Fakültələrdə keçirilən konfranslarda Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov, Elmi hissənin müdiri dos. Qadir Mənsurov, TEC-in elmi rəhbəri dos. İslam Paşayev və fakültə dekanları çıxış etdilər. Natiqlər TEC-in fəaliyyətini müsbət qiymətləndirdilər. Qeyd etdilər ki, tələbələrin əksəriyyəti elmi fəaliyyətə TEC-in xətti ilə qədəm qoyurlar. Tədrisin keyfiyyətini yüksəltmək üçün elmi işlər müstəsna əhəmiyyət kəsb edir. Son illər universitet rəhbərliyinin xüsusi qayğı və diqqəti sayəsində tələbə-gənclərin elmə marağı  artır, elmi axtarışlarının səviyyəsi ildən-ilə yüksəlir. Hazırda universitetimizin tələbələri respublikamızda və xaricdə keçirilən bütün mötəbər elmi və beynəlxalq konfranslarda fəal iştirak edir, sertifikata layiq görülürlər. Aprelin 2-dən 9-dək TEC-in elmi rəhbəri dos. İslam Paşayevin rəhbərliyi ilə üç tələbəmiz Rusiyaya səfər edərək Pskov Dövlət Universitetində keçirilən Beynəlxalq Gənclər Elmi-Praktiki Konfransda iştirak etdilər. Tələbələrə öz üzərlərində daha ciddi çalışmağı arzulayan natiqlər onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzuladılar. 
Konfrans öz işini bölmələr üzrə davam etdirdi. Tələbələr müasir informasiya və telekommunikasiya vasitələrindən istifadə etməklə, təqdim olunan elmi məqalələrin bütün detalları: cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə konfrans iştirakçılarına təqdim olundu. Tələbələrin məruzələri dinlənildi, müzakirə edildi və universitetin elmi konfransında çıxış edəcək tələbələr seçildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az