Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ABŞ Departamentinin iki layihəsində iştirak
ABŞ Departamentinin iki layihəsində iştirak

Universitetimizin Xarici dil kafedrasının əməkdaşları 2014-2015- ci tədris ilinin yaz semestrində ABŞ Departamentinin iki layihəsində iştirak etmək üçün dəvət almışlar. Departament tərəfindən təklif olunan WEB – Ingilis dili müəllimləri üçün nəzərdə tutulan İngilis dilinin tədrisi yolları adlı seminarlar amerikalı müəllimlər tərəfindən birbaşa onlayn rejimdə keçiriləcək və aşağıdakı mövzuları əhatə edəcəkdir: 1. Dərsin tərtibatı 2. Fəaliyyət növlərinin planlaşdırılması 3. Səhv etmək öyrənməkdir: Dil dərslərində səhvlərin düzəldilməsi 4. Kurikulum vasitəsilə tələffüzə inteqrasiya 5. Dilin söz ehtiyatını inkişaf etdirən tədris  6. Şəbəkənin qurulması: Tədrisin qarşılıqlı oxu strategiyası
Bu seminarlar İngilis dili dərslərini, müasir tələblərə uyğun qurmaq, onların səmərəsini artırmaq üçün faydalı ola bilər. Bu səbəbdən də İngilis dili müəllimlərinin və bu ixtisasda təhsil alan 976 saylı qrup tələbələrinin iştirakı nəzərdə tutulub.
Universitetimizdə bu layihənin həyata keçirilməsi üçün aşağıdakı şəraitin yaradılması üçün işlər görülür:

daimi sürətli İnternetin təmin olunması;
14 yanvar - 25 mart 2015-ci il,  hər  çərşənbə günü  saat 17.00 - 18.30-da (5-6-cı dərslər) bütün fakültələrdə ingilis dilini tədris edən müəllimlərin və 976 saylı qrupun tələbələrinin  boş olması.

Bunlarla yanaşı, ABŞ-ın Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə SDU-da ABŞ Fulbrayt proqramını təmsil edən Dana Donahonun icrası ilə “English Academic Writing” (ingilis dilində elmi üslub)  üzrə 12 həftəlik seminarların keçirilməsi nəzərdə tutulur.
Həftədə 2 dəfə keçirilən bu seminarların dinləyiciləri ingilis dilinin elmi üslubda istifadə yollarını, söz ehtiyatını artırma üsullarını və s. öyrənəcəklər. Seminarlarda riyaziyyat, ictimai, humanitar və təbiət elmlərinə aid elmi mətnlər  üzərində iş aparılacaq. Seminarlara Sumqayıt Dövlət Universitetində təhsil alan, elmi tədqiqatla məşğul olan, ingilis dilini orta səviyyədə (İntermediate level)  bilən şəxslər dəvət olunur. Bütün fakültələrdən bu seminarlarda iştirakının təmin olunması  SDU-nun elmi fəaliyyətinin beynəlmilləşdirilməsinə səbəb ola bilər.
 6 seminardan ən azı 4-də iştirak edənlərə sertifikat veriləcəkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az