Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” layihəsi uğurla davam edir
“Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” layihəsi uğurla davam edir

Kəmalə Salamova: Xəstələrlə mənəvi söhbətlərin aparılması psixo-sosial yardıma  dəstəkdir.
Cəmiyyətdən əli üzülən xəstələrlə, acılarla üzləşən hər bir insanın mənəvi dəstəyə ehtiyacı vardır. Bu məqsədlə də universitetimizdə bir sıra layihələr gerçəkləşir. Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Pedaqogika və psixologiya kafedrasının dosenti Kəmalə Salamovanın təşəbbüsü, universitet rəhbərliyinin dəstəyi ilə “Mənəvi dəstək və psixoloji yardım”, “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” layihəsi çərçivəsində mühüm işlər görülmüşdür. 
Hər iki layihə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhərini əhatə edir. Birinci layihə çərçivəsində layihə rəhbərləri və universitetin Filologiya fakültəsinin Psixologiya və pedaqogika ixtisasında təhsil alan tələbələr Sumqayıt şəhəri üzrə xəstəxanalarda olmuş, xəstələrlə ünsiyyət qurmuş və onların psixoloji durumları ilə maraqlanmışlar. Layihənin təşkilində məqsəd xəstəxana şəraitində müalicə alan xəstələrin davranışlarında baş verən mənfi dəyişiklikləri aradan qaldırmaq, onların həyatlarının daha maraqlı etmək üçün aparılan fərdi terapiya və ya qrup terapiyaları vasitəsilə duyğu yüklərinin xəfifləməsinə yardım etməkdir. Layihə rəhbəri Kəmalə xanım qeyd etdi ki, xəstələrlə mənəvi söhbətlərin aparılması psixo-sosial yardıma  dəstəkdir. Dini inancları olan, Allaha inanan insanlar inanclarına söykənərək başına gələnləri üsyankarlıqla deyil, səbrlə qarşılamağa çalışır. Bunun bir imtahan olduğuna inandırmaqdır. lakin bəzi xəstələr bunu üsyankarlıqla qarşılayır. Məqsədimiz onlara mənəvi və psixoloji yardım göstərməkdir. 
Layihənin icrası səkkiz ay müddətində planlaşdırılıb. Layihənin sonunda hesabat xarakterli mətbuat konfransı vasitəsilə əldə olunan nailiyyətlər barədə məlumat veriləcək.
İkinci layihə isə “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” adlanır. Universitetin Elmi Şurasında Pedaqogika və psixologiya kafedrasının dosenti Kamalə Salamova “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” layihəsi müzakirə edilmişdir. Şəhərimizin 1,2,3,4,5 və 7 nömrəli tam orta məktəblərində layihənin rəhbəri Kəmalə Salamova və layihənin iştirakçıları – Fəridə Həmidova, Aynur Matniyazova, Laləndər Əzizzadə, Emre Aykan və Uğur Güherlə birgə tədbirlər keçirmişlər. Seminarlarda müəllim, şagirdlərlə yanaşı valideynlər də yaxından iştirak etmişdilər. 
Layihə rəhbəri Kəmalə Salamova layihə haqda məlumat verərərək qeyd etdi ki, müasir elm-pedaqoji ədəbiyyatlarda uşaq və yeniyetmələrin rəftar və davranışlarında müşahidə olunan normadankənar, qüsurlu davranışın bütün təzahürləri “deviant davranış” adlanır. Deviant davranış dedikdə insanın əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə faktiki olaraq bərqərar olmuş norma və standartlara uyğunsuzluğu nəzərdə tutulur. Bu layihə ilk dəfə olaraq pilot layihəsi kimi Türkiyədə gerçəkləşdirilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində şəhərimizin beş xəstəxanasında(Sumqayıt şəhər 1 saylı xəstəxanada, Onkoloji, Nevroloji və Narkoloji  dispanserlərdə)  xəstələrlə görüşlər keçirilmiş,  onlara travma nədir, travmadan sonra stresdən və depresiyadan çıxış yolları barədə məlumatlar verilmişdir. Bütün bu layihələrdə əsas məqsəd bütün yaş strukturlarında- sağlam təfəkkürlü gənclərin, o cümlədən mənəvi və psixoloji travma almış insanların cəmiyyətə yenidən bərpasına nail olmaqdır. Görüşdə mövzu ətrafında maraqlı diskusiya keçirilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az