Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə növbəti ənənəvi iməclik keçirildi
Universitetimizdə növbəti ənənəvi iməclik keçirildi

Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq ölkəmizin  simasının gözəlləşdirilməsi, ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Bu məqsədlə aprelin 8-də Sumqayıt Dövlət Universitetində növbəti  iməclik aksiyası keçirildi.  Son illər universitetimizdə  geniş tikinti-quruculuq, təmir-bərpa və abadlıq işləri aparlır. Müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılıb, işıq dirəkləri, hasarlar və səkilər təzələnib, müasir fənərlər və skamyalar qoyulub, şahmat lövhəsi  inşa edilib, burada süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulub,  yaşıllaşdırma və s. işlər aparılıb.  Müəllim və tələbə  heyətinin iştirak etdiyi iməclikdə rektor  professor Elxan Hüseynov da tələbələrə qoşularaq çoxlu sayda ağac və gül kolları əkdilər. Əməkdaşlarımız bu aksiyaya böyük həvəslə qoşudular. Belə aksiyaların keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinə və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.
Baharın gəlişi münasibətilə keçirilən iməclik zəhmətkeş ovqatda və bayram əhval ruhiyəsi  ilə başa çatdı. İməclikdən sonra idmançı tələbələrimiz idmanın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər, istedadlı tələbələrin ifalarında musiqi nömrələri səsləndirildi.
Həmişə ümumşəhər miqyasında keçirilən iməcliklər zamanı fəallığı ilə fərqlənən SDU-nun kollektivi bugün universitetin həyətində keçirilən  iməclikdə də özünün mütəşəkkil iştirakı ilə seçildi.  

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az