Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin kollektivi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən pulsuz tibbi müayinədən keçdilər
Universitetimizin kollektivi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən pulsuz tibbi müayinədən keçdilər

Azərbaycan Respublikası Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq Əhalinin növbəti tibbi müayinəsi 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək. Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirir, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.
Sumqayıt şəhər tibb müəssisələrində fəaliyyət göstərən həkimlər martın 15-də SDU-nun kollektivinin tibbi müayinəsini həyata keçirmək məqsədi ilə universitetimizdə oldular. Həkim heyəti müayinə olunanların şikayətlərini dinlədi, müəyyən tövsiyyələr verdilər. Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov bildirdi ki, xalqımızın sağlamlığının qorunmasını prioritet vəzifə kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsinə, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir tibbi cihaz və avadanlıqların gətirilməsinə xüsusi diqqət yetirirdi. Bu gün Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sağlamlığının qorunması istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Hazırda səhiyyə ocaqlarında elə bir şərait yaradılıb ki, insanlar xəstəxanalara böyük inamla gəlib müalicə olunurlar. Bu gün universitetimizdə keçirilən belə bir səhiyyə aksiyası cənab Prezidentin xalqımızın sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Əməkdaşlarımız belə bir aksiyanın keçirilməsinə göstəriş verdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az