Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin bir qrup tələbəsi Sumqayıtın Tarixi Muzeyində
Universitetimizin bir qrup tələbəsi Sumqayıtın Tarixi Muzeyində

Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin  853-cü qrup tələbələri müəllimlərdən Samir Kərimli və Samir Məhərrəmovun rəhbərliyi altında muzeyi ziyarət etdilər. Uzun müddətdir ki, muzeyə rəhbərlik edən Olya İslamova tələbələri mehribanlıqla qarşıladı. Olya xanım son dərəcə maraq doğuran və Sumqayıt şəhərinin tarixi ilə bağlı olan eksponatlar haqqında çox qiymətli məlumatları tələbələrlə paylaşdı və bildirdi ki, muzeydə müasir Sumqayıt ərazisində aşkar edilmiş arxeoloji materiallar şəhərin salınmasında fədakarlıq etmiş zəhmətkeşlər haqqında məlumatlar sərgilənir. Unutmayaq ki, bir ölkənin tarixinin dərindən öyrənilməsi üçün muzeylərin mövcudluğu və fəaliyyəti son dərəcə əhəmiyyətlidir.

Qeyd edək ki, Sumqayıtın Tarixi Muzeyi 1967-ci ildə Sumqayıt Şəhər Dövlət Rəsm Qalereyası ilə eyni vaxtda fəaliyyətə başlamışdır. Muzey Sumqayıtın tarixi ilə yanaşı, Azərbaycanın tarixinə aid olan eksponatları da mühafizə etməkdədir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az