Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Körpələrimizin Yeni il sevinci
Körpələrimizin Yeni il sevinci

Yeni ilin gəlişi  ən çox balacaları sevindirir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  Böyük Akt zalda əməkdaşlarımızın uşaqları üçün musiqili əyləncəli Yeni il şənliyi təşkil olundu. Şənlikdə müxtəlif yaşda uşaqlar iştirak etdilər.Uşaqlar Yeni il şənliyindən böyük zövq aldılar. Şaxta Baba və Qar qızın gəlişi isə tədbirə daha da rəng qatdı. Nağıl qəhrəmanları və məşhur personajların iştirakı ilə tamaşalar təqdim olundu. Tədbirdə uşaqlar şeirlər, mahnılar səsləndirdilər, maraqlı rəqslərlə çıxış etdilər. Sonda uşaqlara hədiyyələr paylanıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az