Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə klassik musiqi gecəsi keçirildi
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə klassik musiqi gecəsi keçirildi
Dekabrın 27-də universitetimizdə Filologiya fakültəsinin təşkilatçılığı ilə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş klassik musiqi gecəsi keçirildi. 
Doğrudan da  musiqi həyatımızın ayrılmaz hissəsidir.  Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal dil olduğunu bir daha tədbir iştirakçılarının sürəkli alqışları ilə isbat olundu. 
Tədbirdə istedadlı gənc tələbə ifaçılar və müəllimlər bacarıqlarını nümayiş etdirdilər. Konserti dirijor Telman Qəniyev idarə etdi. Vasif Adıgözəlovun "Qərənfil" romansı,   Qara Qarayevin "Yeddi gözəl" baletindən həmçinin dünya klassik musiqisinin nümunələri  səsləndirildi. Proqramda “Qarabağ şikəstəsi” zalı ayağa qaldırdı. Bu, Azərbaycan musiqisinə, mədəniyyətinə verilən ən böyük dəyər idi. br Rektor, professor Elxan Hüseynov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə hər kəsi  təbrik edərək xoş arzularını çatdırdı. Rektor Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması istiqmətində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  xidmətlərini yüksək qiymətləndirdi. Bildirdi ki,  milli musiqimizi beynəlxalq səviyyəyə çatdırmaq üçün belə tədbirlərin keçirilməsi olduqca  əhəmiyyətlidir. Bunun üçün fakültə dekanı dosent Sevinc Həmzəyevaya və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bilirərək, iştirakçılara uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az